Haqqımızda
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) 18 yanvar 2021-ci ildə ölkənin aparıcı nəşriyyat rəhbərlərinin təşəbbüsü ilə təsis edilmişdir. Birliyin yaradılmasında əsas məqsəd Azərbaycanda nəşriyyat fəaliyyətinin sistemli şəkildə inkişaf etdirilməsi, kitab sektorunda əməkdaşlığın gücləndirilməsi və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində birgə fəaliyyətin təşkil olunmasıdır.
ANAİB ölkədə kitab sənayesinin inkişafına dəstək vermək, müəlliflər, nəşriyyatlar və oxucular arasında əlaqələri gücləndirmək, həmçinin kitabın cəmiyyət həyatında rolunu artırmaq məqsədilə müxtəlif layihələr həyata keçirir.

İttifaqın struktur genişliyi və üzv sayı
ANAİB hazırda Azərbaycanda fəaliyyət göstərən nəşriyyatları bir araya gətirən ictimai birlikdir. Birliyin tərkibində müxtəlif nəşriyyat və kitab sektorunda fəaliyyət göstərən təşkilatlar təmsil olunur. Hazırda assosiasiyanın 26 üzvü mövcuddur və bu üzvlər ölkədə kitab nəşriyyatının inkişafı istiqamətində birgə fəaliyyət göstərirlər.
Nəşriyyat fəaliyyətinin inkişafı


